Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2020 15:08
Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 18-də 44,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,36 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 44,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,35 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 43,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,43 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 43,4 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,35 dollar/barel çoxdur.