Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünya İrs Komitəsinin sessiyasında son iki nominasiyaya baxılıb

Dünya İrs Komitəsinin sessiyasında son iki nominasiyaya baxılıb

Tarix: 7 Iyul 2019 19:55

Bakı. Trend:

Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 7 iyulda keçirilən plenar iclasında UNESKO-nun Ümumdünya İrs Siyahısına təqdim edilən son iki nominasiyaya baxılıb.

Trend-in məlumatına görə, Yamaykanın su altında qalmış Port Royal şəhəri ilə bağlı nominasiyası təkrar müzakirə olundu. 17-ci əsrdə salınmış şəhərin bir neçə il öncə təbii fəlakət nəticəsində su altında qalmış hissəsinin Ümumdünya İrs Siyahısına salınması təklif olunub.

ICOMOS-un bu barədə hesabatda qeyd edildi ki, Port Royal şəhərinin həm su altında qalan, həm də torpaq üzərində qalan hissələri birləşdirilərək bir nominasiya kimi qarşıdakı sessiyalarda baxılmaq təqdim edilsin.

Müzakirələr zamanı çıxış edən Karib dənizi hövzəsi ölkələrinin nümayəndələri nominasiyanın təxirə salınması ilə bağlı fikirlərini bildirdilər. Yamayka heyəti ICOMOS-un mövqeyi ilə razılaşdığı üçün nominasiya təxirə salındı.

Sonuncu məsələ Panamanın tarixi rayonu – Amerika qitəsində Sakit okean sahilində Avropa tipli ilk şəhər olan Panama Vyexo şəhərin xarabalıqları ilə bağı nominasiyası idi.

ICOMOS üzv dövlətin bu nominasiyanı hərtərəfli əsaslandırıb növbəti sessiyaların gündəliyinə salınmasını tövsiyə etdi. Geniş müzakirə yaranmadığı üçün qərar layihəsi qəbul edildi. İclasın sədri, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Panama nümayəndə heyətinə uğurlar arzuladı.

Bununla da Ümumdünya İrs Siyahısı ilə bağlı təqdimatlara baxılması başa çatıb.

Əsas nominasiyalar üzrə müzakirələr bitdikdən sonra işçi qruplarının birgə qərarları, siyahıda olan nominasiyaları üzrə xırda düzəlişlərə dair qərarları nəzərdən keçirilirdi. Tailand və Myanmanın vahid ekoloji sistemindəki Kenq Kraçan meşələri bağlı bir sıra məqamlar iki ölkə arasında və işçi qrupunda razılaşdırılaraq müvafiq qərar qəbul edildi. Daha sonra Ümumdünya İrs siyahısına daxil edilmiş nominasiyaların hüdudları ilə əlaqədar 13 kiçik dəyişiklik və düzəliş qəbul edildi.

Sessiya iyulun 8-də işini davam etdirəcək


Etiketlər:  Dünya İrs Komitəsinin sessiyasında son iki nominasiyaya baxılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ