Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2020 10:56
Gecə düşəndə aydın olur ki, erməni işğalçıları niyə Şuşanı itirmək istəmirdilər.
Sonxeber.net Day.Az-a istinadən bildirir ki, sosial mediada yayımlanan fotoda Şuşadakı azərbaycanlı əsgərlər ocaq yanında oturub aşağıdakı şəhərin işığına baxırlar. Bura işğalçı qüvvələrin qalıqlarının hələ də saxlanıldığı Xankəndidir. Yəqin ki, tonqalımızı oradan görürlər və bu alov işğalçıları qorxudur.
Bu fotoya baxaraq "Şuşanı kim idarə edirsə, Qarabağı da o idarə edir" düsturunun nə qədər düzgün olduğunu başa düşürsən. Həm də əsgərlərimizin gecə işıqlarını Xankəndidən seyr edərək Şuşanın mənzərəsinə heyran qalacağı gün uzaqda deyil.