Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinə iki mindən çox söz əlavə edilib

Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinə iki mindən çox söz əlavə edilib

Tarix: 20 Noyabr 2020 16:18

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan dilinin 7-ci dəfə çap olunacaq yeni orfoqrafiya lüğətinə iki mindən çox yeni söz əlavə edilib.

Trend-in məlumatına görə, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru professor İsmayıl Məmmədli bildirib ki, lüğətdə ümumilikdə yüz mindən çox sözün olması planlaşdırılır: "Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti artıq çapa göndərilib. Dilimizin zənginləşməsi üçün daim islahatlar aparılır. 1929-cu ildən 2013-cü ilə qədər sözügedən müəssisə tərəfindən 6 dəfə Orfoqrafiya lüğəti yenilənərək nəşr edilib".

İ.Məmmədli deyib ki, lüğət müasir və qədim Azərbaycan sözlərinin, müxtəlif sahələrdə işləklik qazanmış terminlərin düzgün seçimi prinsipi üzrə, eyni zamanda Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli Qərarı ilə təsdiq olunmuş "Azərbaycan dilinin Orfoqrafiya Normaları”na uyğun tərtib edilib.


Etiketlər:  Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinə iki mindən çox söz əlavə edilib


RƏYLƏR