Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Alyaskada rekord istilər qeydə alınıb

Alyaskada rekord istilər qeydə alınıb

Tarix: 8 Iyul 2019 04:16

Bakı. Trend:

ABŞ-ın Alyaska ştatında rekord istilər qeydə alınıb.

Trend-in məlumatına görə, üç şəhərdə temperatur meteoroloji müşahidə tarixində ilk dəfə ən yüksək nöqtəyə çatıb. Belə ki, Ankoricdə hava 32,2 dərəcəyə (Selsi) qədər qızıb.

Kenay və Kinq Salmon şəhərlərində isə havanın temperaturu 31,6 dərəcəyə (Selsi) qədər yüksəlib.

Bundan əvvəlki rekord temperatur 1969-cu ildə qeydə alınmışdı: 29 dərəcədən bir qədər çox. Alyaskanın digər rayonlarında da rekord istilər hökm sürür.

Alimlər şimal ştatında istilər səngiməyənədək insanlara günəş altında mümkün qədər az olmağı və çox su içməyi məsləhət görürlər.


Etiketlər:  Alyaskada rekord istilər qeydə alınıb


RƏYLƏR