Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koreyalılar sərnişin kapsulunu səs sürətinə yaxın sürətə çatdırıblar

Koreyalılar sərnişin kapsulunu səs sürətinə yaxın sürətə çatdırıblar

Tarix: 21 Noyabr 2020 19:20

Bir neçə gün bundan öncə Virgin Hyperloop şirkəti ilk dəfə olaraq daxilində sərnişinlərin olduğu Hyperloop kapsulunun testini keçirtmişdi. İndi isə məlum olub ki, Koreyadan olan mütəxəssislər Hyperloop texnologiyasının sürətini saatda 1000 km-dən yuxarı yüksəldə biliblər. Bu cür göstərici ilə onlar dünya rekorduna imza atıblar. Bu barədə 4pda saytı xəbər verib.

Hyperloop texnologiyasının testləri Koreyanın dəmir yolları üzrə elmi-tədqiqat institutunun iştirakı ilə Cənubi Koreyada keçirilib. Test çərçivəsində Hyperloop üçün nəzərdə tutulmuş sərnişin kapsulunun kiçildilmiş versiyası saatda 1019 km sürət yığa bilib. Bu isə havada səs sürətindən (saatda 1191.6 km) bir qədər aşağıdır. Bundan öncə Hyperloop texnologiyası əsasında olan sərnişin kapsulunun sürətini saatda 714 km-ə çatdırmaq olurdu.

Onu da qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə Virgin Hyperloop şirkətinin reallaşdırdığı test çərçivəsində sərnişinlərin olduqları kapsul saatda 160 km sürətlə hərəkət etmişdi. Cənubi Koreya Hyperloop sistemi vasitəsilə 2024-cü ilə kimi Seul ilə Pusan şəhərlərinin birləşdirilməsi planını açıqlayıb. Adətən bu iki şəhər arasındakı yolu qətt etmək üçün 3 saat vaxt lazım olur. Lakin Hyperloop sistemi vasitəsilə bu göstərici 30 dəqiqəyə endiriləcək.


Etiketlər:  Koreyalılar sərnişin kapsulunu səs sürətinə yaxın sürətə çatdırıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ