Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyanın şərqində 5,8 bal gücündə zəlzələ baş verib

Yaponiyanın şərqində 5,8 bal gücündə zəlzələ baş verib

Tarix: 22 Noyabr 2020 18:52

Bakı. Trend:

Yaponiyanın Honşu adasından şərqdə 5,8 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi elan edilməyib.

Trend-in məlumatına görə, bu barədə Yaponiyanın Milli Meteoroloji Xidməti bildirib.

Məlumata əsasən, yeraltı təkanları episentri qonşu Tokio prefekturasının İbaraki sahili yaxınlığında yerləşirdi. Zəlzələnin ocağı 40 kilometr dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Güclü yeraltı təkanlar Tokio, Tiba, Fukusima, Saytama, Ivate, Miyaqi prefekturalarının sakinləri tərəfindən hiss edilib.


Etiketlər:  Yaponiyanın şərqində gücündə zəlzələ baş verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ