Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2020 16:26
Erməni işğalından azad edilən Qarabağ və ətraf rayonların turizm imkanlarından tam istifadə üç əsas amil təmin edildikdən sonra mümkün olacaq.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.
K.Quluzadə qeyd edib ki, bu amillər ilk növbədə təhlükəsizlik, əhalinin oraya qayıdışı və yaşayışının təmin olunmasıdır:
"Yaşayış olmayan yerdə, əslində, turizm də olmur. Üçüncü amil isə infrastrukturun yaradılmasıdır. Bu 3 amil olduqdan sonra Qarabağ və ətraf rayonlarda yeni turizm məhsulları yaradılacaq və o, yerli, xarici turistlərə təqdim ediləcək".
Agentlik rəsmisi əlavə edib ki, həmin zonada ilk mərhələdə daxili turizmin təşkili əsas istiqamət olacaq.
Onun sözlərinə görə, bu bölgələrə ilk mərhələdə daha çox ziyarət tipli turizmin təşkili, infrastruktur tam bərpa edildikdən sonra isə istirahət turizminin təşkili nəzərdə tutulur.