Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2019 12:08
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində iyulun 10-da Trinada "Qarabağ"la qarşılaşacaq "Partizani"nin dünənki məşqində maraqlı hadisə baş verib.
Qol.az-ın Albaniya mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın baş məşqçisi Franko Lerda hazırlığın son bölümündə "Kamza" stadionunda olan azarkeşlər və KİV nümayəndələrinin hamısının bayıra çıxarılmasını tələb edib. Yerli mətbuat iddia edir ki, italiyalı mütəxəssis "Qarabağ" nümayəndələrinin stadionda ola biləcəyindən və "Partizani" ilə bağlı məlumat toplayacağından ehtiyatlandığı üçün bu addımı atıb.
Qeyd edək ki, "Partizani" - "Qarabağ" oyunu iyulun 10-da "Zimbru" stadionunda keçiriləcək və Bakı vaxtı ilə 19:30-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra "Dalğa Arena"da olacaq. Həmin görüş isə yerli vaxtla 21:00-da start götürəcək.