Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda Şəki halvasının istehsalı artırılacaq

Azərbaycanda Şəki halvasının istehsalı artırılacaq

Tarix: 8 Iyul 2019 13:51

Bakı. Mətanət Nəsibova - Trend:

Şəki halvası, şirniyyat və un məmulatlarının istehsalı ilə məşğul olan “Halvaçı Yəhya” şirkəti istehsal həcmini artırmağı planlaşdırır.

Bunu Trend-ə müəssisənin direktoru Ramin Səmədov deyib.

Onun sözlərinə görə, müəssisədə gündəlik olaraq 150-160 kiloqram Şəki halvası istehsal olunur:

“Bu məhsul istehsalının əsasını təşkil edir və tamamilə daxili bazarda satılır. Müəssisənin gündəlik istehsal həcmi 250 kiloqram təşkil edir. İstehsal gücünü iki dəfə artırmaq mümkündür, biz sutkada 500 kiloqram məhsul istehsal edə bilərik”.

Direktor bildirib ki, məhsulun qonşu ölkələrə ixracı planlaşdırılır:

“Perspektiv istiqamət qismində Rusiya bazarını nəzərdən keçiririk. Hazırda Rusiyada tərəfdaşların axtarışı ilə məşğuluq və iri həcmdə sifarişlərə hazırıq”.

R.Səmədov əlavə edib ki, müəssisənin məhsulları şirkətin xüsusi mağazasında satılır. Halvanın bir kiloqramının qiyməti 6 manat, qozla hazırlanan halvanın qiyməti isə 9 manata bərabərdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda Şəki halvasının istehsalı artırılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ