Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pandemiya ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə oktyabr üzrə müddətli əlavələr ödənilib

Pandemiya ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə oktyabr üzrə müddətli əlavələr ödənilib

Tarix: 24 Noyabr 2020 14:00

Bakı. Trend:

Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə pandemiya ilə mübarizədə iştirak edən 1346 tibb işçisinə 1,07 mln manat məbləğində müddətli əlavə ödənilib.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabr ayı ərzində tibb işçilərinin əmək haqlarına müddətli əlavələr “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 noyabr 2020-ci il tarixli 442 nömrəli qərarına əsasən ödənilib.

Qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələrin ödənişi iş vaxtına mütənasib olaraq həyata keçirilib.


Etiketlər:  Pandemiya ilə mübarizədə iştirak edən tibb qeyri tibb işçilərinə oktyabr üzrə müddətli əlavələr ödənilib


RƏYLƏR