Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Playstation 5 sifariş etdi, görün, qutudan nə çıxdı...

Playstation 5 sifariş etdi, görün, qutudan nə çıxdı...

Tarix: 24 Noyabr 2020 23:16

Böyük Britaniyada Amazon vasitəsilə Playstation 5 konsolu sifariş edən oyun həvəskarı qeyri-adi hadisə ilə qarşılaşıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə Adam Sullivan adlı Tvitter istifadəçisi paylaşım edərək bildirib ki, qutudan oyun konsolu əvəzinə bulğur çıxıb.

Bu barədə açıqlama verən Amazon rəsmiləri qeyd ediblər ki, bu kimi yanlış çatdırılmaların sayı kifayət qədərdir. Sİfarişlərin bəzilərində konsol yerinə oyuncaq tapança, masaj aləti, heyvan yemi kimi çatdırılıb. Vurğulanıb ki, 48 saat ərzində yanlışlıq düzəldiləcək, sifarişi səhv çatdırılan şəxslərə isə hədiyyə təqdim olunacaq.

Milli.Az


Etiketlər:  Playstation 5 sifariş etdi görün qutudan çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ