Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Düşmən can hayında - Paşinyan çıxış yolu axtarır...

Düşmən can hayında - Paşinyan çıxış yolu axtarır...

Tarix: 25 Noyabr 2020 12:09

Erməni vəhşiliyinin, erməni terrorunun tək Azərbaycan insanı yox, işğal edilən əraziləri də qurbanı oldu. Hakimiyyətə göyərçin uçura-uçura gəlməklə dünya ictimaiyyətində yanlış təsəvvür yaradan erməni baş nazir Nikol Paşinyan əsl simasını 2 ildən artıq gizlədə bilmədi. Məlum oldu ki, nəyinki demokratik və şəffaf dialoqlu cəmiyyət quacağı ilə bağlı, hətta qonşu dövlətlərlə də münasibətdə bu amillərin əsas preoritet olacağını söyləyən Paşinyanın dedikləri yalandan başqa bir şey deyilmiş. Qərbin Cənubi Qafqazda layihəsi olduğu artıq heç kimə sirr qalmayan Paşinyanın yalanlarını Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki qələbəsi aşkara çıxardı. Bununla onu bir vaxtlar dəstəkləyib o kürsüyə gətirən xalqı da tanıdı, uzun illər Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinin mümkünlüyü barədə nağıllar danışıb, problemi pərdələməyə çalışan beynəlxalq təşkilatlar və havadarları da.

Amma nə faydası...

Noyabrın 10-da faktiki olaraq Ermənistanın kapitulyasiyanın rəsmiləşdiyi sazişdən dərhal sonra İrəvan küçələrinə tökülən ermənilər Paşinyan illuziyasının qurbanı olduqlarını dərk edər-etməz istefa tələbləri ilə İrəvan küçələrindən yığışmırlar. Ötən ilin sentyabrında istefa verən Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş rəhbəri, "Vətən" partiyasının sədri Artur Vanetsyan İrəvan küçələrində Paşinyanın istefasını tələb edən minlərlə etirazçının qarşısında son çıxışı zamanı "Paşinyanla işləyəndə onun necə bir adam olduğunu bildim. O əsəbi, xəstə bir insandır. Hətta bizə deyirdi ki, etirazçıları döyün, həbs edin, güc tətbiq edin, imkan verməyin etiraz etməklərinə" açıqlaması ilə bir çox qaranlıq qalan məsələlərə aydınlıq gətirdi. Məlum oldu ki, öz xalqına qarşı belə amansız mövqe tutan dövlət başçısı üçün düşmən ölkənin insanının qanını su yerinə axıtmaq qərarından rahat bir şey ola bilməz. Beləliklə, II Qarabağ savaşı müddətində Gəncə və Bərdədə mülki insanların sıx yaşadığı yerləri raketlərlə atəşə tutmaq əmrinin erməni silahlılarına kim tərəfindən verildiyi təsdiqini tapdı.

Ən dəhşətlisi...

Zalıma rəhm etməklə məzluma zülm edən Qərb bütün bu baş verənləri seyirci qismində izlədi. Bu gün Paşinyan Azərbaycana ağır hərbi məğlubiyyətinin qisasını öz xalqından almağa başlayıb. Lakin hakimiyyətini qorumaq üçün xalqına qarşı bütün repressiv üsullarından istifadə edən avtoritar rejim rəhbərinə gözün üstə qaşın var deyən tapılmır. Qərbin Ermənistana və onun mövcud rejiminin siyasətinə ikili standartla yanaşması, onun hakimiyyətdə müəyyən qədər qalmasında maraqlı olduqlarını deməyimizə əsas verir. Hərbi potensialının təxminən 70%-i milli ordumuz tərəfindən məhv edilən Ermənistanın daxilində baş verən proseslər xaos, özbaşınalıq, pərakəndəlik, cinayət, zorakılıq əməllərindən başqa bir şey deyil. Zülmə susmaq istəyənin susmaq üçün həmişə səbəb tapacağı aydın görünür.

Noyabrın 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri zamanı Ermənistanın daxilindəki prosesləri seyirci qismində izləyən böyük dövlətlərin liderlərinə, beynəlxalq təşkilatlara, Qərb dairələrinə prosesləri niyə sakit izlədikləri ilə bağlı haqlı cavabı olmayan suallar ünvanladı. Prezident "Paşinyan heç kimdir. İndi onun dərdi, azarı hakimiyyətdə qalmaqdır. Buna görə də bütün müxalifəti tutdurur. Qərb də susur buna, susur, ağzına su alıb. Görmür ki, nələr baş verir orada?!" deməklə həmin dairələri, təşkilatları növbəti dəfə ermənipərəst mövqe tutmaqda ittiham edib.

Son 2 ay ərzində Azərbaycanın həm hərbi, həm də siyasi müstəvidəki qələbələri düşmən ölkədə prosesləri daha da acınacaqlı hala salacağı ehtimallarını artırır. Ümid edək ki, düşmən anladı ki, qan tökməyi sevən bir millət deyilik, amma mövzü vətəndirsə, dünyanın şah damarını da kəsərik.

Təhməz Əsədov


Etiketlər:  Düşmən hayında Paşinyan çıxış yolu axtarır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ