Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bəyaz market''də, ''SAZZ internet''in ofisində, ''Avtoservis''də və digər obyektlərdə...

''Bəyaz market''də, ''SAZZ internet''in ofisində, ''Avtoservis''də və digər obyektlərdə...

Tarix: 25 Noyabr 2020 20:42

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Sonxeber.net-a bildirilib ki, noyabrın 24-də keçirilən monitorinqlər zamanı Yasamal rayonunda "Bəyaz market"də, "Bizim market"də, "Şəmkir səbəti mini bazar" ticarət obyektində, "Buta farm" MMC-yə məxsus "Aptek"də, Nərimanov rayonunda "Alfa therm kombi mağazası"nda, "Euroclima" MMC-yə məxsus "Qarışıq mallar mağazası"nda, Sərxan Məmmədova məxsus "Kombi satışı" ticarət obyektində, Binəqədi rayonunda "Tayqa ticarət" mağazasında, Elçin Nəbiyevə məxsus "Dam örtükləri satışı" mağazasında, "FAR motors" MMC-yə məxsus "Avtoservis" xidmət obyektində, Xəzər rayonunda "Bazarstore"da, Nəsimi rayonunda "Kredit evi" QSC-də, internet xidmətləri göstərən "SAZZ internet"in ofisində, "Face dent stomotoloji klinikası"nda, Əfsanə Qəniyevaya məxsus ərzaq mağazasında, Nizami rayonunda "Qardaşlar market"də, Səbuhi Məmmədova məxsus pərakəndə ticarət obyektində, Suraxanı rayonunda İlyas Orucova məxsus "Avto ehtiyat hissələri" mağazasında, Xətai rayonunda Natiq Əhmədova məxsus mağazada, "Azəri Med" QSC-yə məxsus "Aptek"də, Qaradağ rayonunda Güloğlan Həsənova məxsus "Elektrik mağazası"nda, Sabunçu rayonunda Vüsal Qəhrəmanova məxsus mebel sexində, ümumilikdə 22 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.


Etiketlər:  Bəyaz marketdə SAZZ internetin ofisində Avtoservisdə digər obyektlərdə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ