Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2020 13:24
Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya və İctimaiyətlə əlaqələr şöbəsinə rəis təyin edilib.
Sonxeber.net xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Elşad Hacıyev Kütləvi İnformasiya və İctimaiyətlə əlaqələr şöbəsinə rəis təyin edilib.
Məlumatı DİN-nin mətbuat xidmətindən təsdiqləyiblər.
Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsi ləğv edilib.