Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycanda 30 minə yaxın aktiv koronavirus xəstəsi var'' - TƏBİB-dən AÇIQLAMA

''Azərbaycanda 30 minə yaxın aktiv koronavirus xəstəsi var'' - TƏBİB-dən AÇIQLAMA

Tarix: 26 Noyabr 2020 14:02

"Son günlər yoluxanların sayındakı artım heç də ürəkaçan deyil".

Bunu Sonxeber.net-a açıqlamasında TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

İnfeksionist bildirib ki, COVİD xəstəsi olan ailədə hər bir ailə üzvü bir neçə gündən sonra potensial koronavirus xəstəsi hesab olunur:

"Biz hazırda pandemiyanın ölkəmizə gəlməsinin 39-cu həftəsini yaşayırıq. Son bir həftə ərzində ümumi yoluxma sayımız 17 min 406 nəfər təşkil etmişdi. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, koronavirus səbəbi ilə biz 164 nəfəri itirmişik. Bu özü özlüyündə bizi həm ölkə olaraq, həm səhiyyə işçiləri olaraq, həm də əhali olaraq narahat edən bir məqamdır.

Artım tendensiyası günü-gündən daha da çoxalır

Pandemiya bitməmişdi, pandemiya davam edirdi. Hətta yay aylarında bizim rəqəmlərdə bir müddət azalma müşahidə olundu, lakin müddət ərzində digər ölkələrdə böyük bir artım müşahidə olunurdu. Artmaya müəyyən faktorlar öz təsirini göstərir və dünyada olan ümumi artımın fonunda bizim ölkədə yoluxanların sayı çoxalmaqdadır. Təbii ki, bu, fəsillə, havaların soyuması ilə əlaqədardır. İstənilən halda, əgər bu şəkildə gedirsə artım tendensiyası günü-gündən daha da çoxalır. Nəyə görə? Çünki bu günün 2 min xəstəsi, hər biri də bir neçə şəxslə kontaktda olur və bir neçə gün sonra onlarda da əlamətlər inkişaf edir. Nəticədə aktiv xəstə sayımız riyazi silsilə kimi artmağa davam edir.

Onlar potensial koronavirus xəstəsi hesab olunur

Hazırda ölkədə 30 minə yaxın aktiv xəstəmiz var. Bu 30 min özü nə dərəcədə güvənlidir, nə dərəcədə təhlükəsizlik altındadır, nə dərəcədə izolyasiya olunublar?! Bilirsiniz ki, xəstələrin böyük bir qismini evlərdə izolyasiya edirik, evdə onlara müalicə tətbiq olunur. Amma onlar izolyasiya qaydalarına ev daxilində olsa belə, əməl edirlərmi? Bu özü də sual altındadır. Həmin ailədə hər bir ailə üzvü bir neçə gündən sonra potensial koronavirus xəstəsi hesab olunur". 

Təhməz Əsədov


Etiketlər:  Azərbaycanda minə yaxın aktiv koronavirus xəstəsi TƏBİB dən AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ