Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2020 16:52
Bakı. Orxan Nəbiyev - Trend:
Ermənistanın və onun xalqının beynəlxalq münasibətlərdə obrazı mənfidir.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin prezidenti Armen Sarkisyan deyib.
O bildirib ki, Ermənistan ictimai rəy uğrunda mübarizəni uduzub:
“Ermənistanda iqtisadi və siyasi böhran göz qabağındadır. Beynəlxalq münasibətlərdə də böhran var, çünki ölkəmizin və xalqımızın obrazı mənfidir. Erməni xalqı Dağlıq Qarabağ münaqişəsinin nəticələri ilə əlaqədar mənəvi-psixoloji zərbə alıb”.