Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2020 17:06
Fransa dövləti ermənilərin Azərbaycan əhalisinə qarşı törətdikləri terror və təcavüzə heç bir əhəmiyyət vermir, əksinə, Fransa senatı qondarma "Dağlıq Qarabağ respublikası"nın tanınması barədə qətnamə qəbul edir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında Fransanın Azərbaycandakı Səfirliyi qarşısında etiraz aksiyası keçirənlərdən biri, Mədəniyyətin və Milli Ənənələrin Təbliği İctimai Birliyinin sədri Billur Məmmədova deyib.
O bildirib ki, Fransanın bu addımı Azərbaycana qarşı hörmətsizlikdir: "Fransa ermənilərin Gəncədə, Bərdədə törətdikləri terrora görə heç bir bəyanat vermədi, erməni vəhşiliyinə qarşı etiraz etmədi. Ermənilər körpə balalarımızı qətlə yetirdi, Fransa susdu. Amma noyabrın 25-də heç bir əsası olmayan qətnamə qəbul edir. Fransa Azərbaycan qanunvericiliyinə hörmətlə yanaşmalıdır, beynəlxalq qanunlarına hörmət etməlidir. Əks halda, Fransanın Azərbaycandakı Səfirliyi ölkədən çıxarılmalı, Azərbaycan Fransa ilə əlaqələri kəsməlidir. Fransa heç bir haqq-ədalətdən danışa bilməz. Qarabağ Azərbaycanın əbədi və əzəli ərazisidir. Bir neçə gün əvvəl Fransa prezidenti Emanuel Makron da Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqlədi. Bu hadisədən sonra Fransa senatının belə bir qətnamə qəbul etməsi Fransa dövlətinin nüfuzuna xələl gətirir. Fransa əgər Ermənistanı müdafiə edirsə, bu ölkə də terror dövlətidir. Azərbaycan ictimaiyyəti Fransanın bu addımına kəskin etiraz edir. Onsuz da Fransanın bəzi ərazisində ermənilər məskunlaşıb. Əfər Fransa istəyirsə, həmin ərazilərin adını Ermənistan qoysun və ermənilərə təhvil versin".