Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2020 17:28
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3705 yeni yoluxma faktı qeydə alınıb, 1609 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sonxeber.net-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 106 101... nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 68 572 nəfər müalicə olunaraq sağalıb, 1 256 nəfər vəfat edib, aktiv xəstə sayı 36 273 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 178, ötən müddət ərzində isə ümumilikdə 1 665 832 test aparılıb.