Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il Azərbaycanda 408 min ton kerosin istehsal olunub

Bu il Azərbaycanda 408 min ton kerosin istehsal olunub

Tarix: 27 Noyabr 2020 13:36

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 408 min ton reaktiv mühərrik yanacağı (kerosin) istehsal olunub. Bu həcmin 94 faizi daxili bazara yönəldilib, qalan hissəsi ixrac olunub.

Sonxeber.net bildirir ki, bunu Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, ötən ilin yanvar-oktyabr aylarında 491 min tona yaxın reaktiv mühərrik yanacağı istehsal olunub, bunun 93 faizi daxili bazarda istehlak olunub, qalan hissəsi isə ixrac edilib.


Etiketlər:  Azərbaycanda kerosin istehsal olunub


RƏYLƏR