Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2020 08:34
FİFA özünün bütün 211 assosiasiyasına əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın xatirəsini bir dəqiqəlik sükutla anmağı xahiş edib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bununla bağlı federasiyanın bəyanatında bildirilir:
"Futbol dünyası Dieqo Armando Maradonanın ölümünə ağlayır, buna görə FİFA bu gün 211 assosiasiyaya, yarışların təşkilatçılarına qarşıdakı istirahət günlərində hər matçda sükut dəqiqəsi ilə anmaqla bağlı müraciət etdi".
Qeyd edək ki, Maradona noyabrın 25-də 60 yaşlı sabiq futbolçunun ürək tutmasından ölüb.