Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı artıb

Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı artıb

Tarix: 28 Noyabr 2020 09:52

Bakı. Trend:

2020-ci ilin yanvar-oktyabr aylarında Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 26,23 faiz artaraq 336,663 milyon dollar olub.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Oktyabr ayında Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı 2019-cu ilin oktyabrı ilə müqayisədə 16,67 faiz artıb və 31,447 milyon dollara bərabər olub.

Yanvar-oktyabr aylarında Türkiyənin dünya bazarlarına kimyəvi məhsulların ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz azalaraq 14,829 milyard dollar təşkil edib.

Bu müddət ərzində Türkiyənin ümumi ixracında kimyəvi məhsulların payı 10,9 faizə bərabər olub.

Son 12 ay ərzində (oktyabr 2019 - oktyabr 2020) Türkiyə 18,456 milyard dollar məbləğində kimyəvi məhsul ixrac edib.


Etiketlər:  Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ