Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qırğızıstanda koronavirusa yoluxanların sayı 71 971 nəfərə çatıb

Qırğızıstanda koronavirusa yoluxanların sayı 71 971 nəfərə çatıb

Tarix: 29 Noyabr 2020 21:04

Bakı. Trend:

Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 423 yoluxma halı qeydə alınıb.

Trend-in "Kabar"a istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 71 971 nəfərə çatıb.

Məlumata əsasən, son sutka ərzində koronavirusdan 461 nəfər sağalıb, 6 nəfər isə vəfat edib. Hazırkı dövrədək ölkədə koronavirusdan ölənlərin sayı 1 262 nəfər, sağalanların sayı isə 63 407 nəfər təşkil edir.


Etiketlər:  Qırğızıstanda koronavirusa yoluxanların sayı nəfərə çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ