Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2020 17:20
Bakı. Ceyhun Ələkbərov - Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Laçın Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin lövhəsi hazırdır.
Trend-in məlumatına görə, qurumun rayonda yerləşəcək inzibati binasının girişində asılacaq.
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyi arasında noyabrın 10-da imzalanan birgə bəyanata əsasən, Ermənistanın işğalçı qüvvələri dekabrın 1-də Laçın rayonunu tərk edəcək və rayon Azərbaycan Ordusunun nəzarətinə keçəcək.