Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2020 06:40
Bakı. Trend:
ABŞ-ın "Moderna" şirkəti ölkənin Sanitar Nəzarət İdarəsinə (FDA) COVID-19 koronavirus peyvəndinin təcili istifadəsina dair icazə almaq üçün sorğu göndərdiyini açıqladı.
Trend-in məlumatına görə, bu barədə "Moderna" şirkəti öz "Twitter" səhifəsində yazıb.
Şirkətdən bildirilib: "mRNA-1273 dərmanın təcili istifadəsinə dair icazəbi almaq üçün toplanan məlumatlar FDA-ya göndərilib".
Məlumata əsasən, 17 dekabrda baş tutan iclasda "Moderna"dan göndərilən sorğu müzakirə ediləcək.