Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2019 13:12
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanın bütün regionlarında bağçalarda uşaqlara eyni qidanın verilməsi düzgün deyil. Çünki bəzi regionlarda dəmir çatışmazlığı var.
Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.
Onun sözlərinə görə, bəzi regionlarda dəmir çatışmazlığının olması sonda əhalidə dəmir defisitinin yaranmasına səbəb olur: "Bu xəstəlik əsasən qız uşaqlarında müşahidə edilir. Ümümdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, 2017-ci ildə Azərbaycanda qadınlar arasında dəmir defisitli anemiya 44 faiz təşkil edib".
Q.Təhməzli əlavə edib ki, respublika ərazisində 1600 uşaq bağçası fəaliyyət göstərir. Agentlik seçim yolu ilə 400-ə bağçada monitorinq aparmağı planlaşdırılır: "Məqsəd böyüməkdə olan nəsli sağlam qida ilə təmin etməkdir. Səhiyyə Nazirliyi tərəfindən qidalanma rasionu işlənib hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub. Yəqin ki bu sənəd təsdiqini tapacaq. Bu, təsdiq olunduqdan sonra bağçalarda onun tətbiqinə əməl olunmalıdır".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin