Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aeroport ərazisində QƏZA - Yük maşını terminal binasına ziyan vurdu (FOTO)

Aeroport ərazisində QƏZA - Yük maşını terminal binasına ziyan vurdu (FOTO)

Tarix: 9 Iyul 2019 13:15

Bakı. Samir Əli - Trend:

Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində yol-nəqliyyat qəzası baş verib.

Trend-in məlumatına görə, baş vermiş yol-nəqliyyat qəzası nəticəsində sərnişin terminalının binasının konstruksiyasına ziyan dəyib.

İnsident zamanı 90-JU-147 qeydiyyat nişanlı yük maşını manevr zamanı Terminal 2-nin şüşə konstruksiyasına toxunub. Hadisə yerinə yol patrul xidməti dəstəsi çağırılıb, sürücüyə inzibati xəta haqqında protokol tərtib edilib.

Hazırda binaya vurulan ziyanın dəyəri qiymətləndirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Aeroport ərazisində QƏZA Yük maşını terminal binasına ziyan vurdu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ