Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəsmi statistikanın inkişafına dair Dövlət Proqramında dəyişiklik edilib - Sərəncam

Rəsmi statistikanın inkişafına dair Dövlət Proqramında dəyişiklik edilib - Sərəncam

Tarix: 1 Dekabr 2020 14:45

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı"nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, dəyişikliyə əsasən, Peşə və orta-ixtisas təhsili müəssisələrinin məzunlarının məşğulluğuna dair seçmə statistik müayinənin metodologiyasının hazırlanması və müayinənin keçirilməsi, eləcə də avtomobil nəqliyyatı ilə sərnişin daşınmalarına dair seçmə statistik müayinənin keçirilməsi icra müddəti 2021-ci ildən başlanılacaq. Əvvəl bu müddət 2020-ci il nəzərdə tutulurdu.

Sahibkarlıq subyektlərinin işgüzar fəallığının öyrənilməsinə dair rüblük seçmə statistik müayinənin keçirilməsinin icra müddəti isə 2021-2024-cü illər müəyyənləşdirilib. Bundan əvvəl bu müddətin 2020-2023-cü illəri əhatə etməsi nəzərdə tutulurdu.


Etiketlər:  Rəsmi statistikanın inkişafına dair Dövlət Proqramında dəyişiklik edilib Sərəncam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ