Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çempionlar Liqasında ''Şaxtyor'' iki dəfə ''Real''a qalib gəldi

Çempionlar Liqasında ''Şaxtyor'' iki dəfə ''Real''a qalib gəldi

Tarix: 2 Dekabr 2020 00:36

Bakı. Trend:

Donetsk komandası "Şaxtyor" Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunda öz meydanında "Real"ı məğlub edib.

Trend TASS-a istinadən xəbər verir ki, görüş 2:0 hesabı ilə başa çatıb. Qolları Dentinyo (57-ci dəqiqə) və Manor Solomon (82) vurublar.

Xatırladaq ki, daha əvvəl ukraynalılar Madriddə qrup mərhələsinin ilk turunda "Real"ı 3:2 hesabı ilə məğlub edib.

"B" qrupunun turnir cədvəlində "Şaxtyor" 7 xalla ikinci, eyni xala malik "Real Madrid" isə üçüncü yerləri tuturlar.

В заключительном туре украинский клуб 9 декабря в гостях сыграет с "Интером", подопечные Зинедина Зидана в этот же день примут германскую команду.


Etiketlər:  Çempionlar Liqasında Şaxtyor dəfə Reala qalib gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ