Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2020 17:16
Serbiya-Macarıstan sərhədində 50 kilometr uzunluğunda boru kəmərinin tikintisi başlayıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib.
Həmin boru kəməri "Cənub Qaz Dəhlizi"nə, Azərbaycan və Mərkəzi Asiya qazına və Yunanıstanın mayeləşdirilmiş təbii qazına çıxış imkanı yaradacaq.
Nazir bildirib ki, enerji ehtiyatlarının tədarükü hər zaman Mərkəzi Avropa üçün problemli olub və region ölkələri enerji ehtiyatlarının şaxələndirilməsində mühüm irəliləyişə nail ola biliblər.