Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2020 17:40
Bakı. Fidan Babayeva - Trend:
2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət sektoru üzrə ixracında “AzerGold” QSC liderlər sırasında yer alıb.
Trend-in məlumatına görə, bu barədə aylıq “İxrac icmalı”nda deyilir.
Hesabat dövründə “AzerGold” 88,2 milyon dollar məbləğində məhsul ixrac edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə müəssisənin ixracı 25,4 faiz və ya 17,9 milyon dollar çoxdur.