Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2020 18:50
İspaniyanın "Barselona" klubunun futbolçusu Serxi Roberto koronavirusa yoluxub.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, testinin nəticəsi pozitiv çıxan müdafiəçi karantinə alınıb və ümumi kollektivdən dərhal təcrid olunub. La Liqanın X turunda "Atletiko" ilə matçda zədələnən (0:1) sağ cinah oyunçusunun, onsuz da, bu üzdən təxminən 2 ay komandasına kömək edə bilməyəcəyi açıqlanıb.
Qeyd edək ki, Serxi Roberto bu mövsüm 10 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə verib.