Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2020 21:06
Yaxın perspektivdə Azərbaycanda balıqçılıq təsərrüfatının inkişafı üçün Sərsəng və Suqovuşan su anbarlarının potensiallarından istifadə oluna bilər.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Azərbaycan Balıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Zaur Salmanlı deyib.
Onun sözlərinə görə, yaxın illərdə balıqçılığın inkişafı məqsədilə Araz çayında su anbarları kaskadının istifadəsi də mümkündür:
"Hazırda "Azerbaijan Fish Farm" şirkəti tərəfindən balıqçılıq sahəsinin inkişafına yönəlmiş bir neçə layihə reallaşdırır".
Z.Salmanlı əlavə edib ki, forel balığının yetişdirilməsinin inkişafı üçün Kəlbəcər rayonunun əlverişli hidroloji və hidrokimyəvi xüsusiyyətlərə malik göllərindən istifadə məqsədəuyğundur:
"Bundan başqa, vaxtilə Kür qızılbalığının əsas kürütökmə çayının Həkəri çayı olduğunu xüsusi qeyd etmək lazımdır".