Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2020 07:03
Bu könüllü qadın və kişi sterilizasiyası deməkdir. Bunlar təsiri geri dönməyən, yəni daimi olan üsullara aiddir.
Qadın sterilizasiyası - uşaqlıq borularının keçiriciliyinin pozulması (kəsilməsi, tikilməsi) ilə həyata keçirilir və nəticədə mayalanma mümkün olmur. Bu əməliyyat minilaparotomiya və ya laparoskopiya üsulu ilə aparılır.
Kişi sterilizasiyası - vazektomiya. Əməliyyat zamanı xayalıq dərisində kiçik kəsik və ya punksiya vasitəsilə toxumdaşıyıcı axarlar kəsilir və bağlanır. Beləliklə, spermatozoidlərin toxum mayesinə düşməsinin qarşısı alınır. Əməliyyatdan sonra 3 ay ərzində toxumda spermatozoidlər aşkar oluna bilər, ona görə də 3 ay ərzində əlavə kontrasepsiya üsulundan istifadə etmək lazım gəlir.