Tarix: 9 Iyul 2019 18:44
FİFİ dərəcəli hakim Rəhim Həsənov UEFA-dan yeni təyinat alıb.
Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, o, Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 18-də keçiriləcək "Spartak Trnava" (Slovakiya) – "Radnik Bijeljina" (Bosniya və Herseqovina) qarşılaşmasını idarə edəcək.
R. Həsənovun köməkçiləri Namiq Hüseynov və Mübariz Haşımov olacaq. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.