Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Holandın qiyməti açıqlandı

Holandın qiyməti açıqlandı

Tarix: 4 Dekabr 2020 08:54

Erlinq Holand nəhəng klubların ən çox transfer etmək istədiyi gənc oyunçular arasındadır. Yenidən prezident seçkilərinə gedən "Barselona"da da namizədlər onu İspaniyaya gətirmək üçün yarışa giriblər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 20 yaşlı norveçli futbolçu keçən mövsüm ÇL-da debüt etdiyindən bəri ulduz kimi parlayır və bunu görən üç namizəd artıq hərəkətə keçib.

Gənc oyunçunun meneceri Mino Raiola isə gələn təkliflərə eyni cavabı verir.

Belə ki, Raiola onlara məşhur futbolçu üçün "Borussiya Dortmund"a 70 milyon avro, menecerlik haqqı olaraq 20 milyon avro və Holandın ailəsinə 10 milyon avro ödəməli olduqlarını bildirib.

Milli.Az


Etiketlər:  Holandın qiyməti açıqlandı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ