Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2020 11:52
2020-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin türkdilli ölkələrə ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz artaraq 4,431 milyard dollar olub.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Statistikaya əsasən, Türkiyənin 2020-ci ilin yanvar-oktyabr ayları üzrə ümumi ixracında türkdilli ölkələrin payı 3,3 faizə bərabər olub.
Oktyabr ayında Türkiyənin həmin ölkələrə ixracı 2019-cu ilin oktyabrı ilə müqayisədə 20,3 faiz artaraq 579 milyon dollara bərabər olub.
Hesabat dövründə Türkiyənin türkdilli ölkələrdən idxalı 2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə 14,1 faiz azalaraq 2,367 milyard dollar təşkil edib.
Statistikaya əsasən, Türkiyənin 2020-ci ilin yanvar-oktyabr ayları üzrə ümumi idxalında türkdilli ölkələrin payı 1,3 faizə bərabər olub.
Oktyabr ayında Türkiyənin həmin ölkələrdən idxalı 2019-cu ilin oktyabrı ilə müqayisədə 3,8 faiz artaraq 241,068 milyon dollara bərabər olub.