Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ukrayna həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib'' - Həmsədr

''Ukrayna həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib'' - Həmsədr

Tarix: 4 Dekabr 2020 15:15

Ukrayna həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun həmsədri Vladimir Kreydenko dekabrın 3-də Azərbaycan-Ukrayna və Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında videokonfrans formatında görüşdə deyib.

İşçi qrupunun hər iki həmsədri Azərbaycanı öz ərazi bütövlüyünü bərpa etməsi münasibətilə təbrik ediblər. Həmsədrlər işğaldan azad edilmiş Azərbaycan ərazilərində tezliklə iqtisadi inkişafın və infrastrukturun qurulmasının təmin ediləcəyinə əminliklərini ifadə ediblər. Qeyd olunub ki, ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmətə və etimada əsaslanır.

Qeyd edək ki, Ukrayna parlamentində Azərbaycanla işçi qrupu ən böyük qruplardan biridir, 50-dən çox üzvü var. Qrup böyük olduğuna görə onun iki həmsədri var. Digər həmsədr isə Valeriy Kolyuxdur.


Etiketlər:  Ukrayna həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib Həmsədr


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ