Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nyu-Yorkda Vətən müharibəsi şəhidləri anılıb

Nyu-Yorkda Vətən müharibəsi şəhidləri anılıb

Tarix: 4 Dekabr 2020 18:14

Bakı. Trend:

Azərbaycan Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə ABŞ-ın Nyu-York şəhərində Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Bruklində yerləşən Sultan Eyyub Məscidinə toplaşan soydaşlarımız torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən Assosiasiyanın rəhbəri Ercan Yerdələnli bildirib ki, sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı xain hücumuna Azərbaycan ordusu layiqli cavab verib. Ölkə vətəndaşlarını və ərazisini müdafiə etmək məqsədilə uğurlu əks-hücum əməliyyatına başlayan Silahlı Qüvvələrimiz işğal olunmuş ərazilərin böyük bir hissəsini azad edib. Qəhrəman oğullarımızın canı və qanı bahasına qazanılmış Qələbə işğalçını təslim olmağa məcbur edib və 10 noyabr tarixli bəyanatın imzalanması nəticəsində Azərbaycanın işğal altında olan digər əraziləri də azad olunub.

E.Yerdələnli qeyd edib ki, xalqımız Vətən yolunda şəhid olmuş övladlarının fədakarlığını unutmayacaq və daim onların xatirəsini uca tutacaq.

Tədbir şəhidlərin ruhuna duaların oxunması ilə başa çatıb.


Etiketlər:  Yorkda Vətən müharibəsi şəhidləri anılıb


RƏYLƏR