Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

1 milyondan çox vətəndaşı yoluxsa da, maskadan imtinaya çağırdı

1 milyondan çox vətəndaşı yoluxsa da, maskadan imtinaya çağırdı

Tarix: 4 Dekabr 2020 19:36

Meksika Prezidenti Andres Manuel Lopesin koronavirusla bağlı açıqlaması təəccübə səbəb olub.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ölkəsində son 24 saatda koronavirusdan 608 nəfərin ölməsinə baxmayaraq o, maska taxmağın vacib olmadığını bildirib.

Meksika lideri sosial məsafənin və təmizlik qaydalarına riayət olunmağın kifayət etdiyini söyləyib: "Maskaya ehtiyac yoxdur. Əllərinizi yuyun, məsafə saxlayın. Bunu ölkədəki həkimlər də təsdiq edə bilər".

Qeyd edək ki, bu günə qədər Meksikada 1 milyon 144 min 643 nəfər koronavirusa yoluxub, 108 min 173 nəfər vəfat edib.

Milli.Az


Etiketlər:  1 milyondan çox vətəndaşı yoluxsa da maskadan imtinaya çağırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ