Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2020 09:12
Bakı. İlhamə İsabalayeva - Trend:
Qorxmurduq, bizim üçün qorxu deyilən şey yox idi. Mən qorxu hissini yaşamadım. Nə dost-tanışımızın, nə də özümüzün ölümü bizi qorxutmurdu. Düşmən bizim üçün adi şey idi.
Trend-in məlumatına görə, bunu Qarabağ qazisi Namiq Qasımzadə deyib.
Füzuli istiqamətində gedən döyüşlərdə eyni anda iki dəfə minaya düşən N.Qasımzadə bildirib ki, minaya düşən zaman yanında olduğu bir həbçi yoldaşı şəhid olub, digəri isə yaralanıb:
"Kimsə dedi ki, minaya düşdük. Elə həmin an da ikinci minaya düşdük. O an maşının biz oturduğumuz hissədə dəmir açıldı və biz havaya atıldıq. Hərbçi yoldaşım Vüsalın "sağsan?" deyə qışqırıb məni çağırdığını eşidirdim. Sonra o, səs çıxarmadı, amma əlinə düşəni mənim üstümə atmağa başladı. Bir-birimizin üstünə nə isə atırdıq, amma sonra gördüm ki, o, artıq mənə atmır. Sürünə-sürünə getdim və gördüm ki, o, şəhid olub".
N.Qasımzadə bildirib ki, 15-16 saat digər yoldaşı ilə yaralı vəziyyətdə qalsa da, sonradan hərbçi yoldaşları gəlib onları tapıblar.
Minaya düşdüyü zaman bir gözünü itirən və ayağından yaralanan N.Qasımzadə sağlamlığı bərpa olunan kimi yenidən hərbçi yoldaşlarının sıralarına qatılmaq istəyir.