Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2020 09:44
Bakı. Orxan Nəbiyev - Trend:
Moskvada şəhər polikliniklarının tərkibində koronavirusdan peyvəndləmə mərkəzləri fəaliyyətə başlayıb.
Trend-in məlumatın görə, hələlik 70 mərkəz açılıb. İlin sonunadək peyvəndləmə mərkəzlərinin 170-ə çatdırılması planlaşdırılır.
Peyvənd əldə etmək üçün iki həftə əvvəldən müraciət etmək mümkündür.
Qeyd olunur ki, ilkin mərhələdə risk qrupuna daxil olan şəxslər, tədris və səhiyyə işçiləri peyvəndlənəcək.