Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2020 20:48
Bakı. Trend:
Fransanın paytaxtı Parisdə "Qlobal təhlükəsizlik haqqında" qanunun qəbul edilməsinə qarşı etiraz aksiyası zamanı iğtişaşlar baş verib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, etirazçılar müəyyən edilmiş yol ilə hərəkət edən zaman bir qrup radikal Parisdə mağazaların şüşələrini sındırmağa çalışıblar.
Məlumata əsasən, etirazçıları müşayiət edən polis əməkdaşları radikalların qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə ediblər. Onlar isə küçələrdə məişət tullantıları üçün konteynerləri, avtomobilləri yandırmağa başlayıblar.