Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qualcomm Snapdragon 888” prosessoru təqdim edilib

“Qualcomm Snapdragon 888” prosessoru təqdim edilib

Tarix: 5 Dekabr 2020 21:40

"Qualcomm" şirkəti qabaqcıl smartfonlar üçün yeni "Snapdragon 888" platformasını təqdim edib. Sözügedən çip "Tech Summit Digital" illik konfransında nümayiş etdirilib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, 5 nm-lik texnoloji proses üzrə hazırlanmış prosessor "Snapdragon X60 5G Modem-RF System" modeminin üçüncü nəsli ilə təchiz edilib. Bu çiplə təchiz edilmiş smartfonlar "mmWave" və "sub-6" daxil olmaqla istənilən beşinci nəsil mobil rabitə tezlikləri ilə işləyə biləcək.

Prosessor saniyədə 2,7 giqapiksel sürətlə foto və video çəkə bilir.

Milli.Az


Etiketlər:  Qualcomm Snapdragon 888 prosessoru təqdim edilib


RƏYLƏR