Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2020 14:32
Bakı. Trend:
II Qarabağ müharibəsində şəhid olan hərbçilərimizin xatirəsinə Abşeron rayonunda 2783 ədəd ağacın əkilməsinə start verilib.
Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, icra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın təşəbbüsü ilə həyata keçirilən ağacəkmə Bakı - Şamaxı yolunun Abşeron rayonuna düşən hissəsində və eləcə də rayonun digər yaşayış məntəqələrinin ərazisində reallaşdırılıb.
Abşeron RİH-nin əməkdaşlarının, Abadlıq və Kommunal Xidmətlər İdarəsinin, habelə bələdiyyə və icra nümayəndəliklərinin üzvlərinin və könüllülərin də iştirak etdiyi ağacəkmə tədbirində əsasən Eldar şamı, Kiparis, Tuya, Oliandra və digər həmişə yaşıl ağaclarının əkilməsi həyəta keçirilib.
Qeyd edək ki, ağacəkmə ölkədə tətbiq olunan xüsusi karantin qaydalarına uyğun şəkildə təşkil olunub.