Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Xalam oğlu 28 il əvvəl Ağdərədə əsir düşüb'' - Mətanət İsgəndərli

''Xalam oğlu 28 il əvvəl Ağdərədə əsir düşüb'' - Mətanət İsgəndərli

Tarix: 7 Dekabr 2020 15:50

Əməkdar artist Mətanət İsgəndərli ailəsi ilə bağlı etiraf edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni "Ay Zaur" proqramında qonaq olarkən xalası oğlunun 28 il əvvəl Qarabağ müharibəsində əsir düşdüyünü deyib:

"Atamın bibisinin nəvəsi Həsənov Vurğun ikinci Qarabağ müharibəsində şəhid oldu. Bir də mənim xalam oğlu, 1992-ci ildə Ağdərədə itkin düşüb. Onda 18 yaşı var idi. Tamara xalam hələ də onun yolunu gözləyir. 2 ay idi əsgər getmişdi. Deyirik, bəlkə indi ondan xəbər çıxa. Natiq Əhmədov, bəlkə izinə düşdük. Amma öldüyündən, əsir olduğundan xəbərsizik".

Milli.Az


Etiketlər:  Xalam oğlu əvvəl Ağdərədə əsir düşüb Mətanət İsgəndərli


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ