Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2020 17:48
Noyabrın 30-da "Keşlə" ilə müqaviləsinə xitam verildiyi açıqlanan yarımmüdafiəçi Şohrux Qadoyev klubdan əməkhaqqısının ödənilməsini gözləyir.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, bu barədə özbəkistanlı futbolçu öz məlumat verib.
29 yaşlı hücumameyilli oyunçu son 3 ayın maaşını almadığını və bu səbəbdən ölkəsinə yollana bilmədiyini bildirib: "Sonuncu dəfə avqustda maaş almışam. Təkcə mən yox, ümumiyyətlə, "Keşlə"nin bütün futbolçuları 3 aydır pul almırlar. Artıq ay yarımdır ayrılmışam, amma hələ borcu qaytarmayıblar. Özbəkistana qayıtmaq istəyirəm, ancaq pulu vermədikləri üçün gedə bilmirəm".
Qeyd edək ki, Şohrux Qadoyev "Keşlə"yə bu ilin yanvarında ölkəsinin "Bunyodkor" klubundan keçib.