Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2020 18:30
Polşa millisinin və Almaniya "Bavariya"sının hücumçusu Robert Levandovski 2020-ci ilin ən yaxşı futbolçusu seçilib.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, forvard "FourFourTwo" nəşrinin keçirdiyi sorğunun qalibi olub.
101 ölkənin hərəsindən bir jurnalistin qatıldığı səsvermədə Robert hamını qabaqlayıb. 2020-ci ildə "Bavariya" ilə Almaniya çempionu, kubok və Superkubokun qalibi olan hücumçu Çempionlar Liqası və UEFA Superkubokunu da başı üzərinə qaldırıb.
Qeyd edək ki, Levandovski Çempionlar Liqası, Bundesliqa və Almaniya kubokunda mövsümün bombardiri adına yiyələnib.