Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2020 19:00
"Həyat yoldaşım şuşalıdır. Qayınatam professor Nazim Axundov torpağına bağlı insan olub. Qarabağı dəli kimi sevirdi. Ömrünün son illərində gedib Şuşada evimizdə oturmuşdu. Tikib düzəldib, gedib oturacayıq orada".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Bəsdi Sevdiyeva "7 Canlı" proqramında deyib. Müğənni bildirib ki, həyat yoldaşı Şuşadandır və ora yaşamağa getməyi düşünür:
"Qayınatam torpaq həsrətiylə öldü. Şuşa həsrəti çəkirdi. şükür, bu gün torpaqlar qayıtdı. Şəhid analarını başa düşürəm. Mən də hərbçi anasıyam. Onların nə hiss keçirdiklərini başa düşürəm".