Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2020 19:56
2021-ci ilin iyun ayında Fransanın Le-Burje aeroportunda keçirilməli dünyanın ən böyük beynəlxalq aviasiya sərgilərindən biri koronavirus böhranı səbəbindən ləğv edilib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə tədbir iştirakçısının açıqlamasında deyilir.
"COVID-19 infeksiyasının səhiyyə sahəsində yaratdığı böhranla əlaqəli qeyri-müəyyənlik fonunda təşkilatçılar 21-27 iyun 2021-ci il tarixlərində keçirilməli aviaşounu ləğv etmək qərarına gəlib", - açıqlamada deyilir.
Növbəti Le-Burje aviasiya sərgisi yalnız 2023-cü ilin iyun ayında keçiriləcək. Bəyanatda deyilir ki, ləğv olunan şou iştirakçıları maddi təzminatı tam alacaqlar.
Xatırladaq ki, sözügedən sərgi iki ildən bir təşkil olunur.